AZ

Yussuf En-Nesiri “Əl-İttihad”da

Bakı, 4 fevral AZƏRTAC

Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandası "Fənərbağça"-nın ulduz futbolçusu Yussuf En-Nesirinin transferini reallaşdırıb.

AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistan klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Əl-İttihad bu keçid üçün qarşı 15 milyon avro ödəyib.

Qeyd edək ki, "Fənərbağça" Yussuf En-Nesirini ötən ilin yayında İspaniyanın "Sevilya" klubundan 19,5 milyon avroya transfer edib. Mərakeş yığmasının hücumçusu bu sezon ərzində “Fənərbaxça”nın heyətində 27 rəsmi matçda meydana çıxıb və 8 qol vurub.

Seçilən
26
azertag.az

1Mənbələr