AZ

Niderland Kraliçası hərbi xidmətə ÇAĞIRILIB

Ajans.az xəbər verir ki, bu barədə RTL Nieuws telekanalı Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, Kraliça Maksima həm nəzəri, həm də fiziki hazırlığı əhatə edən xüsusi hərbi təlim proqramında iştirak edəcək. Təlim çərçivəsində o, şəxsi silahla davranış qaydalarını, hədəfə atəş açmağı, taktiki hazırlığın əsaslarını və xəritə üzrə naviqasiya bacarıqlarını öyrənəcək. Məlumata görə, təlim proqramı Kraliçanın rəsmi iş qrafiki nəzərə alınmaqla çevik formada təşkil olunacaq və onun dərslərdə müntəzəm iştirakı planlaşdırılır. Müdafiə Nazirliyi hesab edir ki, kral ailəsinin üzvünün hərbi xidmətə cəlb olunması Niderland vətəndaşları arasında hərbi karyeraya və ehtiyat xidmətə marağın artmasına müsbət təsir göstərəcək.

 

Seçilən
23
Ajans.az

1Mənbələr