Reyting.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff arasında daha əvvəl Qüdsdə keçirilən görüşün məzmunu ilə tanış olan yüksək səviyyəli mənbə İsrailin Vaşinqtona dörd tələb irəli sürdüyünü bildirib.
Reyting.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, bu tələblərə İranın yüksək dərəcəli uran ehtiyatlarını başqa ölkəyə təhvil verməsi və nüvənin zənginləşdirməsindən imtina etməsi də daxildir.
Qeyd edək ki, İsrail bu tələblərinin ABŞ-nın İranla aparacağı danışıqlar zamanı təkidlə gündəmə gətirilməsini istəyir.
ELÇİN
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.