Bakı. Trend:
Dünən axşamdan davam edən güclü küləklə əlaqədar Bakı ŞəhərYaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş işrejimində çalışırlar.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Trend-ə verilən məlumatagörə, fevralın 3-də gecədən səhərə kimi güclü külək nəticəsində 19ağac sınıb, 15 ağacın budaqları qırılıb.
Bildirilib ki, sınan ağaclar və qırılan budaqlar birliyinnövbətçi briqadaları tərəfindən operativ şəkildə görütülür və ərazitəmizlənir.