Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb. Bu barədə "Far.Az"a AVF-dən məlumat verilib. Z. Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın "Panionios" və Kiprin "Olympiada Neapolis" komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək. Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta