AZ

AMEA adlarla bağlı tövsiyə kitabı hazırlayacaq

Şəxs adlarının qoyulması ilə bağlı tövsiyə kitabı hazırlanacaq.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli məlumat verib.

Onun sözlərinə görə, kitab aidiyyəti qurumlara təqdim olunacaq.

İ.Həbibbəyli həmçinin bildirib ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Toponimika şöbəsinin adı dəyişdirilərək Onomastika şöbəsi adlandırılıb.

Akademik bununla yanaşı, cari il ərzində Xaqani Şirvaninin "Töhfətül-İraqeyn" əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını da diqqətə çatdırıb.

Seçilən
21
far.az

1Mənbələr