AZ

"Arsenal"ın Premyer Liqadakı oyunu təxirə salınacaq

İngiltərənin "Arsenal" klubunun Premyer Liqadakı oyunlarından biri təxirə salınacaq.

"Far.Az"un məlumatına görə, buna London təmsilçisinin Liqa Kubokunda finala vəsiqə qazanması səbəb olub.

XXXI turun "Vulverhempton" - "Arsenal" matçı nəzərdə tutulduğu kimi martın 21-də olmayacaq. Çünki martın 22-də Liqa Kubokunun final qarşılaşması baş tutacaq.

Qeyd edək ki, "topçular"ın finaldakı rəqibi bu gün müəyyənləşəcək. "Mançester Siti" - "Nyukasl" görüşü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Yarımfinalın ilk oyununda "şəhərlilər" qalib gəlib - 2:0.

Seçilən
16
2
far.az

3Mənbələr