AZ

Cill Baydenin ilk əri qətldə ittiham olunur

ABŞ-nin sabiq Pezidenti Cozef Baydenin həyat yoldaşı Cill Baydenin ilk əri Uilyam Stivenson qətl ittihamı ilə həbs edilib.

Heftelik.az  xəbər verir ki, bu barədə NBC nəşri məlumat yayıb.

“Keçmiş birinci xanım Cill Baydenin keçmiş əri həbs edilib, o, indiki arvadını öldürməkdə ittiham olunur”, – məlumatda deyilir.

77 yaşlı Uilyam Stivenson üçün məhkəmə tərəfindən 500 min ABŞ dolları məbləğində girov müəyyən edilib.

Ehtimal edilən qətlin təfərrüatı hazırda məlum deyil. Bildirilir ki, dekabr ayında məişət zorakılığı ilə bağlı daxil olan məlumatdan sonra Stivenson ailəsinin evinə gələn polis Uilyamın həyat yoldaşı Lindanı huşsuz vəziyyətdə tapıb. Linda Stivensona kömək göstərmək cəhdləri nəticəsiz qalıb, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Uilyam Stivenson və Cill Bayden 1970-ci ildən 1974-cü ilədək evli olublar. 2021-2025-ci illərdə ABŞ-nin birinci xanımı olmuş Cill 1977-ci ildə Cozef Baydenlə ailə qurub.

Seçilən
37
1
heftelik.az

2Mənbələr