AZ

Niderland Kraliçası 54 yaşında orduya çağırıldı


Niderland Kraliçası Maksima tezliklə Krallığın silahlı qüvvələrində ehtiyatda olan zabit kimi hərbi xidmətə başlayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “RTL Nieuws” telekanalı Niderland Müdafiə Nazirliyindəki mənbələrə istinadla məlumat yayıb.
Telekanalın məlunatına görə, 54 yaşlı Kraliça həm nəzəri, həm də fiziki məşqləri əhatə edən hərbi təlim proqramında iştirak edəcək.
Maksima həmçinin şəxsi silahını idarə etməyi öyrənəcək, hədəfə atəş açmağı məşq edəcək.
Onun taktiki təlimə yiyələnəcəyi və xəritə naviqasiyasının əsaslarını öyrənəcəyi bildirilir.
Təlim onun rəsmi cədvəlinə uyğun olaraq çevik şəkildə təşkil olunacaq və onun müntəzəm olaraq dərslərdə iştirak etməsi təmin ediləcək.
Seçilən
29
yeniavaz.com

1Mənbələr