AZ

Xarici dövlət borcunun ÜDM-ə nisbəti azalıb

Bakı. Trend:

Bu ilin yanvarın 1-nə xarici dövlət borcu 4 milyard 813,5 milyonABŞ dolları və ya 2025-ci il üzrə 129 milyard 94 milyon manat (75milyard 937,6 milyon ABŞ dolları) məbləğində faktiki ÜDM-in 6,3faizini təşkil edib.

Trend bubarədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xarici dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə mütləqifadədə 316,2 milyon ABŞ dolları vəya 6,2 faiz azalıb. 2025-ci ilərzindəkredit sazişləri çərçivəsində 106,8 milyon ABŞ dollarıməbləğində vəsaitin istifadə edilməsi və xarici valyutaməzənnələrinin ABŞ dollarına münasibətdə möhkəmlənməsi nəticəsindəxarici dövlət borcunun ABŞ dolları ifadəsində 49,8 milyon ABŞdolları məbləğində artması müqabilində 472,8 milyon ABŞ dollarıvaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xaricidövlət borcunun azalmasını şərtləndirib. 2026-cıilin 1 yanvartarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəliilə müqayisədə 0,6 faiz bəndi azalıb.

Məqalədə:
Seçilən
35
12
az.trend.az

10Mənbələr