AZ

Tramp: “Hazırda İranla danışıqlar aparırıq və nəticələrin necə olacağını görəcəyik”

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ hazırda İranla danışıqlar aparır. Bununla yanaşı, Tramp müvəqqəti büdcəni imzalayaraq hökumətin fəaliyyətinin dayandırılmasına son qoyub.

Editor.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Oval kabinetdə müvəqqəti büdcənin imzalanması mərasimi zamanı mətbuat nümayəndələrinin gündəmlə bağlı suallarını cavablandırıb.

Çıxışı zamanı Tramp ABŞ-nin hazırda İranla danışıqlar apardığını bildirib: “İranla bağlı hansı addımların atılacağını zaman göstərəcək. Bir müddət əvvəl razılaşma əldə etmək imkanları var idi, lakin bu baş vermədi. Onlar danışıqlar aparmaq istəyirlər. Hazırda İranla müzakirələr gedir”.

Tramp İranla danışıqların harada aparıldığı ilə bağlı suala isə cavab verməkdən yayınıb.

Bununla yanaşı, ABŞ Prezidenti federal hökumətin maliyyələşdirilməsi ilə bağlı qanunu imzalayıb ki, bu da qismən hökumət fəaliyyətinin dayandırılmasına son qoyulması deməkdir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
22
editor.az

1Mənbələr