AZ

Yunanıstanda gəmi qəzası: Onlarla ölü, yaralı və itkin düşüb

Yunanıstan Sahil Mühafizəsinin məlumatına görə, Xios adası yaxınlığında qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, yaralananların sayı isə 24 nəfərdir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT-xəbər kanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, Xios adasındakı Myrsinidio çimərliyi yaxınlığında sahil mühafizə gəmisi ilə qanunsuz miqrantları daşıyan motorlu qayıq arasında insident baş verib. Son məlumatlara görə, 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Sahil mühafizəsinin iki zabiti, eləcə də yeddi uşaq və bir hamilə qadın da daxil olmaqla 22 yaralı miqrant xəsarət alaraq xəstəxanaya aparılıb.

İtkin düşmüş şəxslərin olması barədə məlumatlardan sonra sahil mühafizəsi və hava qüvvələrinin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı davam edir. İlkin rəsmi məlumatlara görə, miqrantları daşıyan motorlu qayıq sahil mühafizəsi gəmisi ilə toqquşub.

Hadisə yerində dörd sahil mühafizə gəmisi, özəl dalğıclardan ibarət bir qayıq və Hərbi Hava Qüvvələrinin bir helikopteri işləyir.

Seçilən
29
6
veteninfo.az

8Mənbələr