AZ

AMB inflyasiya proqnozlarını yeniləyib

AMB
Azərbaycan Mərkəzi Bankının (AMB) yenilənmiş proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5,5 %, 2027-ci ildə isə 4 % olacağı gözlənilir. 1news.az bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, ötən ilin oktyabr ayında qurum illik inflyasiyanın 2026-cı ildə isə 5,7 % olacağını açıqlamışdı.

"Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5,2 % təşkil edib. Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,4 %, ödənişli xidmətlər üzrə 5,7 %, qeyri-qida məhsulları üzrə isə 2,5 % artıb. İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4,8 % təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərindən təsirlənir. Baza ssenarisinə əsasən, 2026-cı ilin sonuna və 2027-ci ildə illik inflyasiyanın hədəf daxilində olacağı proqnozlaşdırılır", - deyə AMB bəyan edib.

Seçilən
15
1news.az

1Mənbələr