AZ

Bakının bu rayonunda qaz olmayacaq

Bakının Nərimanov rayonunun iki küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
ONN media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Nərimanov rayonu, X.Ulutürk küçəsi ilə M.Nərimanov küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Təmir-quraşdırma işləri görülən müddətdə Nərimanov rayonunun X.Ulutürk və M.Nərimanov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq
Seçilən
32
23
onn.az

10Mənbələr