AZ

Vinisiusun sevgilisindən qeyri-adi

“Real”ın və Braziliya millisinin hücumçusu Vinisiusun sevgilisi və məşhur model Virciniya Fonseka "Gshow" portalının karnaval fotosessiyasında iştirak edib.

Publika.az xəbər verir ki, Fonseka Braziliya karnavalının kult sayılan geyimlərini yenidən canlandırılıb. Virciniya 1998-ci ildə böyük rezonans doğurmuş, Luma de Oliveyranın təqdim etdiyi məşhur qara pantera kostyumunu təkrarlayıb.

Həmin vaxt Luma parad zamanı üzərində o dövrdəki həyat yoldaşı, oliqarx Eyke Batistanın adı yazılmış boyunluqla çıxış etmişdi. Vinisiusun sevgilisi də “Real”ın ulduz futbolçusunun adının yazıldığı boyunluq taxıb.

Virciniya bu barədə deyib: "Mən onu sevirəm və bunu tabeçilik kimi görmürəm. O, bunu görəndə deyəcək ki, mən dəliyəm. O, həmişə deyir: sən həyatımda tanıdığım ən dəli insansan".

Seçilən
40
publika.az

1Mənbələr