BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən 2025-ci il üzrə dövlət borcu və dövlət zəmanətli borca dair illik Statistik Bülleten hazırlanaraq ictimaiyyətə təqdim edilib.
Bu barədə TurkicWorld Maliyyə Nazirliyinə istinadən məlumat verir.
Sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə dərc olunur.
Statistik Bülletenlə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: