AZ

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını bu tarixdə açıqlayacaq

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizininparametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı ilaprel ayının 2-də ictimaiyyətə açıqlanacaq.

Trend bubarədə AMB-yə istinadən xəbər verir.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbətiqərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habeləmakroiqtisadi təhlillərin nəticələri əsasında veriləcək. Vurğulanıbki, Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etməküçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarəHeyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faizbəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinəendirilib.

Seçilən
30
1
az.trend.az

2Mənbələr