
FIFA prezidenti Canni İnfantino Ukraynanın “Mirotvorets” məlumat bazasına əlavə edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat bazanın saytında öz əksini tapıb.
O, Ukraynaya qarşı “humanitar təcavüz” və “informasiya və təbliğat təxribatlarında” iştirak etməkdə ittiham olunur.
İnfantino əvvəllər Britaniyanın “Sky” telekanalına verdiyi müsahibədə FIFA-nın Rusiya komandalarının beynəlxalq yarışlara geri qaytarılmasını nəzərdən keçirməli olduğunu bildirmiş, lakin daha sonra “The Times” qəzeti Avropa ölkələrinin tənqidləri ilə bağlı narahatlıqlar səbəbindən FIFA Şurasının rusiyalı oyunçuların yarışlarda iştirakına icazə verməyəcəyini elan etmişdi.