AZ

Yaponiyada güclü qar yağışı 35 nəfərin ölümünə səbəb olub

Yaponiyada

Yaponiyanın şimal bölgələrində və Yaponiya dənizi sahillərində müşahidə olunan güclü qar yağışı nəticəsində azı 35 nəfər həyatını itirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TBS" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Həlak olanlar arasında damlardan qar təmizləyərkən yıxılanlar, yolları və həyətləri təmizləyən zaman həddindən artıq fiziki yüklənmə səbəbindən dünyasını dəyişən yaşlı insanlar var. Yaponiya dənizi sahilində yerləşən Niqata prefekturasında isə bir sakin evinin güclü qar yükü altında uçması nəticəsində dağıntılar altında qalaraq ölüb.

TBS-in məlumatına görə, bir çox bölgədə hakimiyyət orqanları yolları vaxtında qardan təmizləməyə çatdırmır, bu da iri avtomobil tıxaclarının yaranmasına səbəb olub. Bir sıra ərazilərdə artıq üç gündür ibtidai və orta məktəblər bağlıdır. Əsas Yapon adası Honşunun şimalında yerləşən Aomori prefekturasında isə yolların qardan təmizlənməsi üçün ordu bölmələri cəlb edilib.

Məryəm Quliyeva

Seçilən
27
xalqcebhesi.az

1Mənbələr