AZ

Hakkaridə hərbçi vəfat edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Hakkarinin Şemdinli rayonunda xəstələnərək xəstəxanaya aparılan texniki xidmət üzrə baş çavuş Talat Okurun müalicə aldığı xəstəxanada vəfat etdiyini açıqladı.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Hakkarinin Şemdinli rayonunda xəstələnərək xəstəxanaya aparılan baş çavuş Talat Okurun müalicə aldığı xəstəxanada vəfat etdiyini açıqladı.

 

Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir:

 

"Şemdinli/Hakkaridə xəstələnən qəhrəman silahdaşımız baş çavuş Talat Okur, müayinə və müalicə üçün köçürüldüyü Şemdinli Dövlət Xəstəxanasında bütün müdaxilələrə baxmayaraq xilas edilə bilmədi və şəhid oldu. Bizə dərin ağrı və kədər gətirən bu hadisədə həyatını itirən əziz şəhidimizin ruhuna dərin hüznlə başsağlığı veririk və dua edirik. Kədərli ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və nəcib millətimizə başsağlığı veririk və səbir diləyirik."

 

Türkiyənin müdafiə naziri Yaşar Gülər də hərbçinin ölümü ilə bağlı  başsağlığı verib.

Nazir Gülər ​​mesajında ​​bildirib ki, "Qəhrəman silahdaşımız xəstəlik səbəbindən xəstəxanaya aparılıb, lakin bütün səylərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb və 3 fevral 2026-cı ildə şəhid olub. Öz adımdan və Milli Müdafiə Nazirliyi adından qəhrəman şəhidimizin vəfatı ilə bağlı başsağlığı verir, kədərli ailəsinə və nəcib millətimizə səbr və dözüm diləyirəm".

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr