AZ

"Donald Trampla keçirilən görüş “müsbət” keçib"

Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampa dünya üzrə saxlanılması üçün nəzərdə tutulan narkobaronların siyahısını təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

Petronun sözlərinə görə, həmin narkotik şəbəkələrinin mərkəzləri Kolumbiyadan kənarda yerləşir və onlara qarşı mübarizə yalnız müxtəlif ölkələr arasında koordinasiyalı kəşfiyyat əməkdaşlığı yolu ilə mümkündür.

“Onların paytaxtı Kolumbiyadan kənardadır və onlar dünyanın bir çox bölgəsində birgə, əlaqələndirilmiş kəşfiyyat fəaliyyəti vasitəsilə təqib edilməlidir”, – deyə Kolumbiya prezidenti bildirib.

Petro ABŞ liderinə ən nüfuzlu narkobaronların tutulması istiqamətində birgə fəaliyyət təklif etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu şəxslər əsasən Madrid, Mayami və Dubayda yaşayırlar.

Kolumbiya prezidenti qeyd edib ki, Donald Trampla keçirilən görüş “müsbət” keçib və tərəflər görüş zamanı konkret problemləri və onların mümkün həll yollarını müzakirə ediblər.

Aytəkin TOFİQQIZI

Seçilən
71
redaktor.az

1Mənbələr