AZ

Rusiya Zaporojyeyə yenidən hücum edib -  18 yaşlı iki gənc ölüb

Rusiya qoşunları bu gecə Zaporojyeyə daha bir kütləvi hücum təşkil edib.

Herbiand.az xəbər verir ki, regional hərbi administrasiyanın rəhbəri İvan Fedorovun Telegram kanalında yazdığına görə, 11 nəfər yaralanıb, iki nəfər ölüb

Çoxmərtəbəli binaya edilən pilotsuz təyyarə hücumunda iki 18 yaşlı gəncin - bir oğlan və bir qızın - öldüyünü və yaralılar arasında 11-15 yaşlarında ən azı üç uşağın olduğunu bildirilib. Hücum zamanı Zaporojyedəki beş çoxmərtəbəli yaşayış binasına ziyan dəyib

Ötən gecə Rusiya qüvvələri Xarkov və Odessaya da zərbələr endirib.

Seçilən
21
herbiand.az

1Mənbələr