AZ

Almaniya Abu-Dabidə keçiriləcək görüşmələri dəyərləndirib

Almaniya Federal Məclisində Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı (CDU/CSU) fraksiyasının xarici siyasət üzrə sözçüsü Yurgen Hardt Rusiyanın və Ukraynanın Abu-Dabidə keçirilməsi planlaşdırılan görüşləri ərəfəsində həddindən artıq gözləntilərin yersiz olduğunu bildirib.

Editor.az xəbər verir ki, Hardtın bu açıqlamaları n-tv televiziya kanalında yayımlanıb.

Onun sözlərinə görə, təcrübə Rusiyayla aparılan danışıqlardan şişirdilmiş gözləntilərin “uyğunsuz” olduğunu göstərir. Hardt iddia edib ki, Moskva sülhdə maraqlı deyil və qışı bir vasitə, hətta silah kimi istifadə edir. O, Rusiyanın bu yolla vaxt qazanmağa və “siyasi dividendlər” əldə etməyə çalışdığını vurğulayıb.

Ukrayna böhranının həllinə yönəlmiş növbəti danışıqlar raundu 4–5 fevral tarixlərində keçiriləcək. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfi 23–24 yanvar tarixlərində keçirilmiş əvvəlki görüşlərdə iştirak edən eyni nümayəndə heyəti ilə təmsil olunacaq.

Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə isə 4–5 fevral tarixlərində baş tutacaq görüşlərdə tərəflər Prezident Vladimir Putinlə razılaşdırıldıqdan sonra Rusiya tərəfinin təqdim etdiyi təklifləri müzakirə edəcəklər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
15
editor.az

1Mənbələr