AZ

Niderland kraliçası Maksima 54 yaşında hərbi xidmətə çağırılıb

Niderlandın 54 yaşlı kraliçası silahlı qüvvələrin ehtiyat qüvvələrində xidmətə başlayacaq...

Poliqon xəbər verir ki, Niderland kraliçası Maksima yaxın zamanda ölkənin silahlı qüvvələrinin ehtiyat hissəsində hərbi xidmət keçməyə başlayacaq. RTL Nieuws telekanalının Müdafiə Nazirliyindəki mənbələrə istinadla verdiyi məlumata görə, kraliça xüsusi hərbi hazırlıq proqramında iştirak edəcək.

Proqram həm nəzəri, həm də fiziki məşqləri əhatə edəcək. Maksima şəxsi silahdan istifadə etməyi öyrənəcək, atəş təlimlərində iştirak edəcək, taktiki hazırlıq elementlərini mənimsəyəcək və xəritələr üzrə naviqasiya bacarıqlarını öyrənəcək. Hərbi təlimlər kraliçanın rəsmi təqvimi nəzərə alınmaqla elastik şəkildə təşkil olunacaq, lakin onun məşqlərdə müntəzəm iştirakı gözlənilir.

Müdafiə Nazirliyinin nümayəndələri ümid edirlər ki, kraliçanın hərbi xidmətə qoşulması Niderland vətəndaşları arasında hərbi karyera və ehtiyat xidmətinə marağın artmasına stimul verəcək.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr