AZ

Aktyor Ufuk Özkana qara ciyər köçürüldü, vəziyyəti yaxşıdır

Yazını böyüt
Yazını kiçilt

Qaraciyər çatışmazlığı ilə mübarizə aparan aktyor Ufuk Özkanla bağlı çoxdan gözlənilən xoş xəbər gəldi. Uzun müddətdir müalicə alan aktyor, uyğun donor tapıldıqdan sonra bazar ertəsi gecəsi orqan nəqli əməliyyatı keçirib.

Hafta.az yazır ki, əməliyyat başa çatdıqdan sonra Ufuk Özkanın sağlamlıq vəziyyəti ilə bağlı ilkin qiymətləndirmələr paylaşılıb. Həkimlər orqan nəqli əməliyyatının uğurla başa çatdığını və aktyorun yaxşı olduğunu bildiriblər. Prosesin planlaşdırıldığı kimi davam etdiyi və əməliyyatın həm donor, həm də alıcı üçün diqqətlə aparıldığı qeyd olunub.

Həkim Murat Dayanqaç əməliyyatdan sonra verdiyi açıqlamada bütün cərrahi qrupla birlikdə həm donor, həm də alıcı əməliyyatlarını uğurla başa vurduqlarını söyləyib. Dayanqaç, əməliyyatın çətin proses olduğunu və təxminən 10-11 saat davam etdiyini deyib. O, xəstənin əvvəlki cərrahi prosedurlarının əməliyyatın gedişatına təsir etdiyini, lakin buna baxmayaraq, bütün mərhələlərin son dərəcə uğurla başa çatdığını və nəticədən məmnun olduqlarını qeyd edib.

Həmçinin, əməliyyatdan sonra xəstənin reanimasiya şöbəsinə köçürüləcəyi açıqlanıb. Dosent Dr. Cenk Şimşək planlaşdırılan əməliyyatın uğurla həyata keçirildiyini və xəstənin hazırda reanimasiyada olduğunu və yaxın dövrdə yaxından izləmənin davam edəcəyini bildirib. Şimşek ilkin əməliyyat sonrası qiymətləndirməni "Hazırda heç bir mənfi inkişaf yoxdur" sözləri ilə bölüşüb.

Seçilən
55
hafta.az

1Mənbələr