Gəncə şəhərində 25 yaşlı gənc bıçaqlanaraq qətlə yetirilib. Röyal Məmmədov tanışı ilə mübahisə edərkən ağır bıçaq xəsarətləri alıb və dünyasını dəyişib.
Mərhumun yaxınları hadisə və onun şəxsiyyəti barədə bunları bildiriblər:
"O, Qarabağ qazisi idi. Hadisə digər küçədə baş verib".
Digər bir yaxını isə mərhumla bağlı bunları əlavə edib: "Hadisə evimizdən iki qapı aşağıda baş verib. Röyal davakar uşaq deyildi, heç bir pis vərdişi olmayıb. Özü həm də veteran idi".
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.