AZ

Epşteynlə bağlı sənədlərdə Saakaşvilinin də adı var

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Amerikalı maliyyəçi Ceffri Epşteynə qarşı iş materiallarında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adı da çəkilir.

Globalinfo.az xəbər verir ki, sənədlər ABŞ Ədliyyə Nazirliyinin saytında dərc olunub.

“Saakaşvili elektron poçtların birində qəzet məqalələri toplusunda xatırlanır. Onun adı amerikalı sehrbaz Devid Bleyndən gələn məktubda da görünür. Devid Saakaşvilinin adını çəkir və onun üçün sehrbazlıq etdiyini deyir.

Bleyn yazır: “Mən həmçinin Rusiya prezidenti Dmitri Medvedev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Ukrayna prezidenti Viktor Yanukoviç və Qazaxıstan prezidenti Nursultan Nazarbayev üçün sehrli fəndlər göstərmişəm”.

Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi Epşteyn işi ilə bağlı 3 milyon səhifədən çox material yayımlayıb. Faylda maliyyəçinin cihazlarında tapılan “böyük həcmdə kommersiya pornoqrafiyası” da daxil olmaqla 2000-dən çox video və 180.000 şəkil var.

Xatırladaq ki,  Epşteyn 2019-cu ildə azyaşlı qızların cinsi istismarı ilə bağlı saxlanılmış, bir neçə ay sonra isə Nyu-York həbsxanasında intihar etmişdi.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr