AZ

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat - 90 şübhəli saxlanılıb

Türkiyədə kibercinayətkarlara qarşı əməliyyat keçirilib.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

"15 əyalətdə aparılan əməliyyatlar nəticəsində 90 şübhəli saxlanılıb. Şübhəlilərdən 58-i həbs edilib, 25-nə isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilib. Digərləri ilə bağlı proseslər davam edir",-nazir bildirib.

Qeyd edək ki, əməliyyatlarda saxlanılan şübhəlilərin qanunsuz qumar oyunları ilə məşğul olduqları, cinayət yolu ilə əldə edilən pulların köçürülməsini asanlaşdırdıqları, oğurlanmış şəxsi məlumatlardan istifadə edərək vətəndaşları aldatdıqları və sosial media hesablarında saxta reklamlar vasitəsilə fırıldaqçılıq etdikləri müəyyən edilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr