AZ

ABŞ bu ölkəni hədələdi: Onu baş nazir təyin etməyin, İranın adamıdır

Vaşinqton İraq hakimiyyətini Nuri əl-Malikinin baş nazir təyin olunacağı təqdirdə ölkənin neft ixracından əldə etdiyi gəlirlərin azalacağı ilə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi bir neçə mənbəyə istinadən məlumat yayıb.

Mənbələrə görə, müvafiq siqnal ötən həftə Türkiyədə İraq Mərkəzi Bankının sədri Əli əl-Ələq ilə ABŞ-ın yüksək vəzifəli rəsmiləri arasında keçirilən görüşdə verilib. Agentliyin mənbələrinə görə, ABŞ əl-Malikini İrana çox yaxın hesab etdiyini açıq şəkildə bildirib.

Ağ Evin sözçüsü görüşü təsdiqləyib, lakin bunun adi texniki xarakter daşıdığını və əl-Malikinin namizədliyi ilə əlaqəli olmadığını bildirib. Əl-Ələqanın özü də “Bloomberg”ə verdiyi şərhdə hər hansı bir təhdidi rədd edərək, danışıqların yalnız texniki məsələlərə yönəldiyini və siyasi məsələlərə toxunmadığını qeyd edib.

Lakin Əl-Malikinin ətrafı onun mövqeyinin dəyişməz qaldığında israr edir. Onun sözçüsü Hişam əl-Rikabi Əl-Malikinin hələ də namizəd kimi nəzərdən keçirildiyini və heç bir dəyişiklik edilmədiyini bildirib.

Seçilən
18
publika.az

1Mənbələr