
Epşteyn qalmaqalı son günlərin ən sarsıdıcı və ən çox müzakirə olunan mövzusudur. Maliyyəçi Epşteynin yetkinlik yaşına çatmayan şəxslərin cinsi istismarı, insan alveri və yüksək vəzifəli şəxslərlə əlaqələri ilə bağlı iddialar cəmiyyətdə böyük rezonans doğurub. Qalmaqal təkcə fərdi cinayət işi kimi deyil, eyni zamanda siyasət, biznes və monarxiya dairələrinə qədər uzanan geniş əlaqələr şəbəkəsini üzə çıxarıb. Yeni açıqlanan sənədlər və ifadələr isə Epşteyn işi ətrafında sualların hələ də açıq qaldığını və bu qalmaqalın beynəlxalq gündəmdə aktual olaraq qalacağını göstərir.
Politoloq Aqil Məmmədov Epşteyn qalmaqalını bu cür şərh edib.
“Açıqlanan Epşteyn cinayətləri etik normaların nə qədər korroziyaya uğradığını göstərir. Artıq demokratiya, insan haqları kimi gözəl səslənən ideyalar, zamanında kommunizm kimi məhv olmaqdadır.
Baş verənlər göstərdi ki, uzun illərdir Qərb dəyərləri kimi təqdim edilən ideyalar sadəcə vitrində nümayiş üçün idi, arxa planda isə mənzərə tam fərqlidir.
Bundan sonra hər cəmiyyət öz ideologiyasını və öz dəyərlərini formalaşdırmağa çalışacaq. Çün ki, qloballaşma adı altında ölkələrin, xalqların mədəniyyətlərinə və dəyərlərinə uzun illər sistemli hücumlar edildi.
Ancaq bu gün davam etmək, həyata tutunmaq üçün üz tutmalı olduğumuz dəyər də, ideologiya da milli kimliyimiz, tariximiz və adət-ənənələrimizdir.
Artıq universal dəyərlər siyasi gündəmdən çıxmış hesab edilə bilər. Yeni dönəm haqlı olan xalqların deyil, güclü olan xalqlarındır. Azərbaycan gələcək üçün öz düsturunu müəyyən edib. Güclü olacaqsan ancaq etik çərçivəni də özün üçün müəyyən edəcəksən.
Yeni dönəmdə fikir ayrılıqlarına, sosial fərqlərə baxmadan üçrəngli, ay-ulduzlu bayrağın kölgəsinə sığınıb, bu burulğanlı dönəmdə düzgün yol seçməliyik”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta