Bakı. Trend:
Azərbaycan Orta Dəhlizdə əsas strateji mövqelərdən birini təkcəəlverişli coğrafi mövqeyi sayəsində deyil, həm də regionalkoordinasiyada artan rolu, dəmir yolu əlaqəliliyinin inkişafı vəCənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə verdiyi töhfəhesabına tutur.
Bu barədə Trend-əPMCG beynəlxalq konsaltinq şirkətindən bildiriblər.
Şirkətdə qeyd edilib ki, Mərkəzi Asiyanı Cənubi Qafqaz, oradanisə Avropa ilə birləşdirən mühüm tranzit ölkə kimi AzərbaycanGürcüstanla birlikdə Xəzər və Qara dənizlər arasında dəniz və dəmiryolu daşımalarının kəsişdiyi mühüm əhəmiyyətli qovşaq rolunuoynayır.
“Bu kontekstdə Xəzərdəki Bakı Limanı ilə Gürcüstanın Qara dənizlimanları, ilk növbədə Batumi və Poti arasında səmərəli əlaqəxüsusi strateji əhəmiyyət kəsb edir. Bu limanlar Orta Dəhliz üzrəAvropa bazarlarına yönələn yük axınları üçün əsas dəniz qapılarırolunu oynayır və Bakı–Tbilisi–Qars dəmir yolu kimi qurumarşrutlarını tamamlayır. Azərbaycan və Ermənistan arasındamünasibətlərdə son dövrlərdə baş verən müsbət dəyişikliklər dəCənubi Qafqazda uzunmüddətli sabitlik və nəqliyyat əlaqəliliyininperspektivlərini yaxşılaşdırır. Azərbaycanın regional əməkdaşlığıntəşviqində oynadığı konstruktiv rol Orta Dəhlizin dayanıqlıinkişafı üçün mühüm amildir”, – PMCG-dən bildirilib.
Şirkətdə vurğulanıb ki, Ermənistan, Azərbaycan, Gürcüstan vəTürkiyə arasında sıx əməliyyat əməkdaşlığı buraxılış qabiliyyətininartırılması, logistika əməliyyatlarının sinxronlaşdırılması vətranzit vaxtının azaldılmasının təməl daşı olaraq qalmaqdadır.
“Orta Dəhlizin ötürücülük qabiliyyətinin və təhlükəsizliyininartırılması multimodal daşımaların inkişafına və infrastrukturun,xüsusən də Xəzər və Qara dənizlər arasında yerləşən hissələrin dahada modernləşdirilməsinə yönəlmiş yanaşma tələb edir. AzərbaycanınGürcüstanın Qara dəniz limanları ilə əlaqələndirən dəmir yoluinfrastrukturuna, həmçinin liman infrastrukturunun inkişafına əlavəinvestisiyalar zəruridir. Dəmir yolu yükdaşımalarında özəl sektorundaha fəal iştirakı və dövlət müəssisələrində korporatividarəetmənin gücləndirilməsi də az əhəmiyyət kəsb etmir.Ermənistan, Azərbaycan və Gürcüstanın nəqliyyat qurumları arasındarəqəmsal platformalar və vahid prosedurlarla dəstəklənəndərinləşdirilmiş əlaqələndirmə dəhlizin fəaliyyət səmərəliliyiniəhəmiyyətli dərəcədə artıracaq”, - PMCG-dən bildirilib.
Qeyd olunub ki, Orta Dəhliz liman infrastrukturu, dəmir yolulogistika mərkəzləri və tədarük zəncirlərində əlavə dəyər yaradanxidmətlər sahəsində xarici investisiyaların cəlb edilməsi üçüngeniş imkanlar açır.
“Təchizat zəncirlərinin şaxələndirilməsinə artan beynəlxalqmaraq, o cümlədən ABŞ-nin zəruri minerallar üzrə təşəbbüsləri vəAvropa İttifaqının əlaqəliliyin inkişafına dair strategiyalarıAzərbaycanın investisiya cəlbediciliyini daha da gücləndirir. PMCGtexniki-iqtisadi əsaslandırmaların hazırlanması, tənzimləyicisiyasət islahatlarına dəstək, institusional potensialın artırılmasıvə beynəlxalq maliyyənin səfərbər edilməsinə yardım göstərməkləOrta Dəhlizin inkişafını dəstəkləməyi planlaşdırır. Şirkət həmçinindəhlizin Xəzər və Qara dəniz seqmentləri arasında daha sıx regionaləlaqələndirmənin və kompleks planlaşdırmanın təşviqini qarşısınaməqsəd qoyur”, – PMCG-dən əlavə edilib.