AZ

Mister Azerbaijan Ülvü Mehrəli yeni fotosessiyası ilə gündəm yaratdı!


  2025- ci il üzrə Mister Azərbaycan gözəllik yarışmasının qalibi Ülvü Mehrəli bu günlərdə maraqlı fotosessiya gerçəkləşdirib; belə ki, gənc və istedadlı model, taclı və güclü obrazla kamera qarşısına keçərək,  xarizması və özgüvənli duruşu ilə hər kəsi heyran qoyub.              Fərqli kadrlar onun fiziki forması və vizual estetik baxışını ön plana çıxararaq, fotosessiyanı unudulmaz edib.

      Layihənin kuratoru və gözəllik müsabiqəsinin hazırkı təsisçisi - Ayla xanım Maisin ideyasına əsasən, Ülvü Mehrəli yaxın zamanda möhtəşəm təqdimat layihəsi ilə çıxış edəcək.

Ülvüsevərlərə kumirləri ilə bağlı xəbərləri izləməyi və sözügedən təqdimatda yer almağa tələsməyi tövsiyyə edirik.

  Azia.az saytına açıqlamasında, Ülvü Mehrəli bildirib ki, kreativ və qeyri- adi geyim tərzi ilə artıq məşhurluğa imza atmağa başlayıb və model olaraq, bir sıra geyim brendlərinə aid mağazalardan maraqlı təkliflər əldə edib.  Belə ki, gənc istedad, avanqard və klassik geyim üslubunun miks versiyasına üz tutaraq, yeni vəhdət olan kreativ,  dizayn təşkilində mühüm rol alıb.

   Eyni zamanda, model kimi fəaliyyət göstərən Ülvü bəy, estradamızın müasir səhnə ulduzlarının geyimi üzrə şəxsi məsləhətçi qismində çıxış edərək, karyerasında moda, dizayn, imic dünyasına aid şaxələri sürətlə inkişaf etdirir.

   Xatırladaq ki, Miss və Mister Azərbaycan gözəllik yarışmasının ilk yaradıcısı Anelya xanım Orduxanova olub və hazırda, ölkə üzrə bir nömrəli xoreoqraf- xanım Ayla Mais bu çətin, lakin, eyni zamanda bir o qədər də rəngarəng və maraqlı sahənin yeganə və layiqli davamçısıdır.

   Mister Azərbaycan Gözəllik yarışmasının qalibi, model, dizayner Ülvü Mehrəli ilə bağlı moda, stil və dizayn aləmi ilə əlaqədar bütün yeni xəbərləri məhz bizim sayt vasitəsi ilə izləməyə davam edin. 


Aynur Nurlu


Seçilən
31
azia.az

1Mənbələr