Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürülüb.
Bunu onun vəkili Khaled el-Zaydi açıqlayıb.
Onun ölüm şəraiti hələ dəqiq məlum deyil.
Qeyd edək ki, Seyf əl-İslam 2011-ci il inqilabından sonra uzun müddət siyasi səhnədə yox idi, 2021-ci ildə prezident seçkilərinə namizəd kimi qeydiyyatdan keçmişdi, lakin seçkilər siyasi səbəblərdən ləğv olunmuşdu.
O, 2015-ci ildə insanlıq əleyhinə cinayətlərə görə ölüm cəzasına məhkum edilmişdi.
"Cebheinfo.az"