
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
AFN.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda aşağıdakı istiqamətlərdə sıxlıq var:
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
Babək prospekti, mərkəz istiqamətində;
Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;
Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.