AZ

Külək güclənəcək, qar yağacaq – GÜNÜN HAVASI

Fevralın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya məlumatına əsasən Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Güclü şimal-qərb küləyi əsəcək.

Bakıda havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Bölgələrdə havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Bizim.Media

Seçilən
24
49
bizim.media

10Mənbələr