Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Tarixdə ilk dəfə kəpənək kosmosda sürfədən çıxaraq uçmağı bacarıb.
Oxu.Az xəbər verir ki, bu barədə "People Daily Online" nəşri məlumat yayıb.
Eksperiment Çunçin Universitetinin alimləri tərəfindən həyata keçirilib. Sürfə kiçik, möhürlənmiş ekosistem moduluna yerləşdirilib və ötən il dekabrın 13-də "Kuaizhou-11" raketi ilə orbitə göndərilib.
Kapsulda təzyiq, temperatur və rütubət sabit saxlanılıb. Alimlərin məlumatına görə, kəpənək mikroqravitasiya şəraitində hərəkət edib, yarpaqlarda istirahət edib və qanadlarını çırpıb.
Alimlər qeyd edirlər ki, mikroqravitasiya şəraitində həyat dövrünün tamamlanması canlı orqanizmlərin kosmosda sağ qalma imkanları barədə əhəmiyyətli məlumat verir. Növbəti mərhələdə modulun uzunömürlülüyü və orbit şəraitinə dayanıqlığı sınaqdan keçiriləcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.