AZ

Trampdan "Epşteyn işi" ilə bağlı açıqlama

ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin işi üzrə ictimaiyyətə açıqlanan materialları araşdırmağa vaxtının olmadığını bildirib.

Publika.az xəbər verir ki, Ağ Ev rəhbəri bunu Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib.

O, bunu ölkənin idarə edilməsi ilə bağlı həddindən artıq məşğul olması və əldə etdiyi uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq zərurəti ilə əsaslandırıb.

ABŞ lideri Epşteynə qarşı qəfil yaranan marağa təəccübləndiyini qeyd edərək bildirib ki, maliyyəçi sağ olduğu müddətdə heç kim bu məsələ ilə maraqlanmırdı.

Tramp həmçinin əlavə edib ki, sənədlərdə sahibkar İlon Mask və ABŞ-ın ticarət naziri Hovard Latnikin adlarının hallanması onu narahat etmir.

Seçilən
57
publika.az

1Mənbələr