AZ

Epşteyn yazışmalarda Makronun şillələrdən xoşlandığını ehtimal edib

İnsan alverində ittiham olunan maliyyəçinin dərc olunan məktublarında Fransa prezidenti ilə bağlı şəxsi mülahizələri yer alır...

Poliqon xəbər verir ki, Cefri Epşteyn işi ilə bağlı açıqlanan sənədlərdə maliyyəçinin Fransa prezidenti Emmanuel Makron haqqında şəxsi düşüncələrini bölüşdüyü yazışmalar aşkarlanıb. RİA Novosti yazır ki, Epşteyn fransız liderin xarakteri ilə bağlı öz subyektiv qiymətləndirməsinə əsaslanaraq, Makronun şillələrdən hətta zövq ala biləcəyini ehtimal edib.

Sənədlərdə yer alan və 26 may 2019-cu il tarixli elektron məktubda Epşteyn anonim ünvanata yazır: “Mənə deyiblər ki, millətçilərin manevr imkanları daha çox olacaq, amma təsir gücləri elə də artmayacaq?”. Ardınca göndərdiyi növbəti mesajda isə belə qeyd edir: “Mənim alman mənbələrim deyir ki, bu, Makron üçün şillə kimi idi, amma onu tanıyaraq demək olar ki, yəqin bu, hətta onun xoşuna da gəlib”.

Xatırladaq ki, yanvarın 15-də Emmanuel Makronun Fransa hərbçiləri qarşısında ictimaiyyətə çıxışı zamanı sağ gözünün qızarmış və iltihablı görünməsi diqqət çəkmişdi. Bir gün sonra Fransa prezidenti gözündə yaranmış problemə görə müəyyən müddət gün eynəyi taxmalı olduğunu açıqlamışdı. Daily Mail nəşri Londonlu oftalmoloq-cərrah Mfazo Houvun rəyinə istinadən yazmışdı ki, Makronun göz nahiyəsindəki hematoma üzə endirilmiş zərbə nəticəsində yarana və ya spontan şəkildə baş verə bilər.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr