AZ

Şinzo Abenin qatili məhkəmənin ömürlük həbs qərarına etiraz etdi

Bakı. Trend:

Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin qətlində təqsirlibilinərək ömürlük həbs cəzasına məhkum edilmiş keçmiş hərbçiTetsuya Yamaqami birinci instansiya məhkəməsinin çıxardığı hökmdənapelyasiya şikayəti verib.

Trend-inməlumatına görə, bu barədə "Kiodo" agentliyi xəbər verib.

Məlumata əsasən, T.Yamaqami yanvar hökmündən apelyasiya şikayətivermək üçün çərşənbə günü Nara Dairə Məhkəməsinə ərizə verib.

Qeyd edilib ki, məhkəmənin qərarı ilə "ittiham tərəfinin tələbiilə, müdafiə tərəfinin cəza təyin edilərkən onun faciəliuşaqlığının nəzərə alınması lazım olduğu arqumentini rədd edərək"Yamaqamini ömürlük həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, yanvarın 21-də Nara Dairə Məhkəməsi 45 yaşlıTetsuya Yamaqamini keçmiş baş nazirin qətlində təqsirli bilərəkömürlük həbs cəzasına məhkum etdi. T.Yamaqami 8 iyul 2022-ci ildəNara şəhərində siyasi tədbirdə çıxış edərkən S.Abeni evdəhazırlanmış silahla güllələməkdə təqsirli bilinib.

Seçilən
24
az.trend.az

1Mənbələr