AZ

Abşeronda 38 yaşlı bacısı qızını öldürən şəxslə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Abşeron rayonunda bacısı qızını öldürməkdə təqsirləndirilən Şakir Rzayevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib.

 

Qeyd: Hadisə 2025-ci il yanvarın 30-u saat 13 radələrində Abşeron rayonunun Masazır kəndində baş verib. Kənddə 38 yaşlı Türkan Abdurəhimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 58 yaşlı Şakir Rzayevin bıçaqla xəsarətlər yetirərək bacısı qızı Türkan Abdurəhimovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda cinayət işi başlanıb. Şakir Rzayevə Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunub.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şakir Rzayev törətdiyi əməldə təqsirli bilinib və ona 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 4 Fevral 2026, 08:05   
Seçilən
20
pravda.az

1Mənbələr