AZ

Tramp büdcə qanunlarını imzalayaraq ABŞ-də dörd günlük şatdaunu dayandırıb

Federal hökumətin maliyyələşdirilməsi ilə bağlı paket qərarlar qəbul edildi, lakin Daxili Təhlükəsizlik Nazirliyi üçün müvəqqəti büdcə təsdiqlənıb...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp federal hökumətin büdcəsi ilə bağlı qanun layihələri paketini imzalayaraq ölkədə qismən dörd gün davam etmiş şatdauna son qoyub. Qəbul edilən sənədlərə əsasən, əksər federal qurumların maliyyələşdirilməsi 30 sentyabr 2026-cı ildə başa çatacaq 2026-cı maliyyə ilinin sonunadək təmin olunub. Bu qərar nəticəsində minlərlə federal əməkdaşın məcburi məzuniyyəti dayandırılıb və dövlət strukturlarının normal fəaliyyəti bərpa edilib.

Bununla belə, Daxili Təhlükəsizlik Nazirliyi (DTN) istisna təşkil edib. Nazirliyin büdcəsi yalnız fevralın 13-dək təsdiqlənib. Həmin tarixədək Demokratlar Partiyasının nümayəndələri DTN-in tərkibinə daxil olan Miqrasiya və Gömrük Mühafizəsi Xidmətində (ICE) islahatların razılaşdırılmasına cəhd edəcəklər. Bu tələblər son vaxtlar Minnesotanın Minneapolis şəhərində baş verən və federal agentlərin iki ABŞ vətəndaşını güllələyərək öldürməsi ilə nəticələnən hadisələrlə əlaqələndirilir.

Qeyd olunan insidentlər ölkə üzrə genişmiqyaslı ictimai etirazlara səbəb olub. Hüquq-müdafiə təşkilatlarının qiymətləndirməsinə görə, son bir neçə həftə ərzində təkcə Minneapolisdə keçirilən nümayiş və tətillərdə 50–70 min nəfər iştirak edib. Etiraz aksiyaları təkcə bu şəhərlə məhdudlaşmayaraq Nyu-York, Los-Anceles və Çikaqo da daxil olmaqla ABŞ-nin bir sıra iri şəhərlərini əhatə edib. Aksiyalarda polis və federal strukturların səlahiyyətlərindən sui-istifadə hallarına son qoyulması, həmçinin ICE fəaliyyətinə ciddi nəzarət mexanizmlərinin tətbiqi tələb olunur.

Poliqon.info

Seçilən
12
poliqon.info

1Mənbələr