Londonun "Arsenal" klubu İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb.
Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis Mikel Artetanın yetirmələri yarımfinal mərhələsində "Çelsi"ni turnirdən kənarlaşdırmağı bacarıb.
Komandalar arasındakı cavab qarşılaşması "topçular"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşün taleyini həll edən yeganə qolu oyunun əsas vaxtına əlavə olunmuş 8-ci dəqiqədə almaniyalı hücumçu Kay Haverts rəqib qapısından keçirib.
Xatırladaq ki, tərəflər arasında baş tutan ilk oyunda da "Arsenal" səfərdə 3:2 hesablı qələbə qazanmışdı.
Finaldakı rəqib kim olacaq?