AZ

Bakıda Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqili poetik tədbir keçirilib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 fevral, AZƏRTAC

Misirin Azərbaycandakı Mədəniyyət və Təhsil Mərkəzində Misir və Azərbaycan poeziyasına həsr olunmuş musiqili-poetik tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Misir Mədəniyyət və Təhsil Mərkəzinin direktoru, professor, elmlər doktoru Tarek Məhəmməd tədbiri açıq elan edərək, poeziyanın xalqlar arasında bir körpü kimi əhəmiyyətini vurğulayıb və iki ölkə arasında mədəni dialoqun inkişaf etdirilməsinə görə təşəkkürünü bildirib.

Səudiyyə Ərəbistanı Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Ülviyyə Hüseynova beynəlxalq mədəni və ədəbi təşəbbüslərin əhəmiyyətini, eləcə də onların humanitar əlaqələrin möhkəmləndirilməsindəki rolunu qeyd edib.

Azərbaycanın Xalq yazıçısı Baba Vəziroğlu, həmçinin Bakı Avrasiya Universitetinin xarici əlaqələr üzrə prorektoru Sevda Rzayeva beynəlxalq ədəbi dialoqun genişləndirilməsi üçün mədəni və akademik əməkdaşlığın önəmini vurğulayıb.

Tədbir çərçivəsində görkəmli Azərbaycan və ərəb şairlərinin əsərləri səsləndirilib.

Proqramda Mikayıl Müşfiqin, Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Əhməd Şaukinin, İbrahim Hafizin və digər klassik və müasir müəlliflərin əsərləri təqdim olunub.

Konsert poetik ifalar, vokal və musiqi nömrələrini bir araya gətirib.

Qeyd edək ki, tədbir “Modern Poems” ədəbi layihəsi, Misir Mədəniyyət və Təhsil Mərkəzi və Səudiyyə Ərəbistanı Mərkəzi tərəfindən təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
1
azertag.az

2Mənbələr