ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
İngiltərə Liqa Kubokunun 1/2 final mərhələsində "Arsenal" və "Çelsi" komandaları arasında cavab oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, "Emirates Stadium"da baş tutan oyunda "Arsenal" qələbəyə sevinib - 1:0.
İngiltərə Liqa Kuboku: "Arsenal" finala yüksəldi
Matçda yeganə qolu Kay Haverts vurub. London klubları arasında ilk görüş "topçular"ın 2:3 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ümumi hesabda üstün olan "Arsenal" turnirin finalına yüksəlib.
"Arsenal" finalda "Mançester Siti"- "Nyukasl" cütlüyünün qalibi ilə üz-üzə gələcək. Tərəflər arasında ilk görüş "şəhərlilər"in səfərdə 0:2 üstünlüyü ilə yekunlaşmışdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.