AZ

ABŞ-da şatdaun bitdi - Tramp "məmnunam" dedi...

ABŞ-da şatdaun ilə bağlı yeni xəbər var. SİA xəbər verir ki, ABŞ Prezidenti hökumətin qismən bağlanmasına son qoymaq üçün Konqresdə qəbul edilmiş qanun layihəsini imzalayıb. Bununla da ölkədə şənbə günündən bu yana davam edən qismən şatdaun dayanıb. “Federal hökumətin dərhal yenidən açılması və maliyyə ilinin qalan hissəsi ərzində əməliyyatların böyük əksəriyyətinin maliyyələşdirilməsi üçün Birləşdirilmiş Təsisatlar Qanununu imzalamaqdan çox məmnunam”,-deyə Tramp Ağ Evdə imzalanma zamanı bildirib.

Layihə ötən cümə günü Senat, bu gün isə Nümayəndələr Palatası tərəfindən səs çoxluğu ilə qəbul edilib.

Mətləb

Seçilən
9
7
sia.az

9Mənbələr