AZ

“Monako” hücumçu İlenikenanın “Əl-İttihad”a transfer olunduğunu açıqlayıb

On doqquz yaşlı hücumçu Corc İlenikena “Monako”dan “Əl-İttihad”a keçib.

İdman.Biz bildirir ki, Fransa klubunun mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.

“Klub Corca komandaya sadiqliyinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır”, - “Monako”lular açıqlamada bildiriblər.

Nigeriyalı futbolçu “Monako”ya 2024-cü ildə qoşulub və o vaxtdan bəri 51 oyunda meydana çıxıb, 10 qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 12 milyon avrodur.

Hazırda “Monako” 20 oyundan 27 xal toplayaraq Liqa 1 turnir cədvəlində 10-cu yerdədir.

İdman.Biz
Seçilən
22
idman.biz

1Mənbələr