AZ

Azərbaycanda 8 ada tipli palçıq vulkanı mövcuddur

Bakı, 4 fevral, AZƏRTAC

“Dünyada 2 minə yaxın palçıq vulkanı var və onlardan 365-i Azərbaycan ərazisindədir. Ölkəmizin həm quru, həm də dəniz hissəsində palçıq vulkanları mövcuddur. Onlardan 8-i ada tipli palçıq vulkanlarıdır. Hər iki-üç ildən bir 2-3 püskürmə qeydə alınır”.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri Səbinə Kazımova deyib.

2025-ci ildə iki palçıq vulkanının püskürməsinin qeydə alındığını bildirən S.Kazımova deyib: “Ən aktiv vulkan Lökbatan palçıq vulkanıdır. İndiyə kimi 26 püskürmə qeydə alınıb. Ötən il həm Lökbatan, həm də Otman-Bozdağ vulkanları püskürüb”.

Səbinə Kazımova bu ilin ötən dövründə cəmi bir - Hacıqabul rayonundakı Durandağ palçıq vulkanının növbəti püskürməsinin qeydə alındığını və uzun illərdən sonra prosesin baş verdiyini deyib. Həmçinin hazırda palçıq vulkanları ilə bağlı vəziyyətin stabil olduğunu diqqətə çatdırıb.

Seçilən
26
3
azertag.az

4Mənbələr