Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.
Fransa kubokunda “Marsel” və “Renn” arasında 1/8 final matçı başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Marseldəki “Stade Orange Velodrom”da oynayıblar. Meydan sahibləri 3:0 hesabı ilə qalib gəliblər.
İkinci dəqiqədə “Marsel”in hücumçusu Amin Quiri ilk qolu vurub. 47-ci dəqiqədə yarımmüdafiəçi Meyson Qrinvud ev sahibi komandanın üstünlüyünü ikiqat artırıb. 83-cü dəqiqədə hücumçu Pyer-Emerik Obameyanq “Renn”in qapısına üçüncü qolu vuraraq hesabı 3:0 edib.
Beləliklə, “Marsel” Fransa kubokunun dörddəbir finalına yüksəlib.
1/8 finalın digər qarşılaşmasında “Reyms” “Le-Man”a qalib gəlib – 3:0.
İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.