“Nyuvells Old Boys” klubunun vitse-prezidenti Xuan Manuel Medina superulduz Lionel Messi ilə bağlı planlardan danışıb.
Offsideplus.az xəbər verir ki, Medinanın sözlərinə görə, klub Messini 2027-ci ilin ilk yarısında “Nyuvells”də oynatmaq üzərində işləyir, lakin hazırda konkret razılaşma yoxdur:
“2027-ci ilin ilk yarısında Leo Messinin ‘Nyuvells’ forması geyinməsi üçün çalışırıq, amma hələlik bundan artıq nəsə yoxdur.”
Medina vurğulayıb ki, bu təşəbbüs təkcə klubla məhdudlaşmır:
“Bu, yalnız ‘Nyuvells’ layihəsi deyil. Bu, Rosario şəhərinin, əyalətin və ümumilikdə Argentina futbolunun layihəsidir.”