AZ

İran XİN: ABŞ ilə danışıqların vaxtı və yeri barədə məsləhətləşmələr aparılır

İran və Amerika Birləşmiş Ştatları arasında yaxın günlərdə keçirilməsi planlaşdırılan danışıqların dəqiq vaxtı və məkanı ilə bağlı diplomatik məsləhətləşmələr davam edir.

APA İranın "NourNews" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib.

"Görüşlər yaxın bir neçə gün üçün planlaşdırılıb. Hazırda tərəflər arasında danışıqların keçiriləcəyi yerin müəyyənləşdirilməsi üçün məsləhətləşmələr aparılır. Yekun qərar qəbul edildikdən dərhal sonra bu barədə rəsmi məlumat veriləcək", - XİN rəsmisi deyib.

İsmayıl Bəqayi vurğulayıb ki, görüşün vaxtı və yerinin seçilməsi prinsipial və ya mürəkkəb problem deyil, buna görə də məsələnin mediada spekulyasiya mövzusuna çevrilməsi yersizdir. O, region ölkələrinin bu prosesdə vasitəçilik səylərini yüksək qiymətləndirib:

"Türkiyə, Oman və regionun bir sıra digər dövlətləri danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını bildiriblər. Bu təkliflər bizim üçün olduqca dəyərlidir" – deyə diplomat əlavə edib.

Seçilən
20
1
apa.az

2Mənbələr